Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un direktoru “Apple” şirkətinə müharibə elan edib


2012-ci ilin oktyabrında “Windows 8” əməliyyat sistemi ilə işləyən onlarla qurğu istehsal edəcək “Microsoft” korporasiyası “Apple” şirkəti ilə rəqabət mübarizəsində "daşı daş üstündə qoymayacaq". Şirkətin baş direktoru Stiv Balmer “CRN” nəşrinə verdiyi müsahibəsində belə bəyanatla çıxış edib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, onun sözlərinə görə, “Microsoft” məhsuldarlıq, idarəetmə və müəssisəni idarə etmə sahəsində üstünlüyə malikdir. "Biz nə istehlakçı 'bulud'unda, nə aparat-proqram yeniliklərində “Apple” şirkətinə güzəştə getməyəcəyik" - Balmer bildirib.

“Microsoft”un direktoru “Surface” planşetini elan etdikdən sonra  “Apple” şirkətinə qarşı yeni mübarizə cəbhəsi açacağı haqqında  bildirib. “Surface” planşetinin çıxarılması 2012-ci ilin dördüncü  rübünə planlaşdırılıb.


 
EMİL





11/07/12    Çap et