Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternetdə hər dəqiqə 42 yeni təhlükə
PandaLabs 2011-ci ilin 2-ci rübü üçün virus və təhlükə aktivliyinin statistikasını açıqlayıb. Son 3 ayın əsas hadisəsi Anonymous və LulzSec xaker qrupları tərəfindən xaosun yaradılması olub. Bunun nəticəsində ABŞ Müdafiyə Nazirliyi və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla bir çox təşkilat və orqanlar ziyan görüblər. Açıqlanan statistikaya görə hər dəqiqə 42 yeni təhlükə (virus və ya digər ziyanlı proqram) yaradılır. İstifadəçilər üçün təhlükə statistikasına yenə də Troyanlar başçılıq edir.
14/07/11 Çap et