Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şəbəkədə “Amazon”un istehsalı olan smartfonun təsviri yerləşdirilib
“Amazon” öz markası altında istehsal etməyi planlaşdırdığı smartfon nümunələrini sınaqdan keçirir. Bu barədə “The Wall Street Journal” anonim mənbələrinə istinadən bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Android” platforması ilə işləyəcək qurğular üçün komponentləri Asiya şirkətləri tədarük edir.
Sınaq nümunələrinin 4-5 düym diaqonala malik displeylə təchiz olunması məlumdur. Prosessorun takt tezliyi və əməli yaddaş tutumu daxil olmaqla digər xüsusiyyətlər haqqında məlumat yoxdur.
Smartfon 2012-ci ilin sonu və ya 2013-cü ilin əvvəlində kütləvi istehsal olunacaq.
“Bloomberg” agentliyinin məlumatına görə, “Amazon” şirkəti hazırlanma mərhələsində olan aparatı məhkəmə təqiblərindən qorumaq üçün simsiz rabitə texnologiyalarını təsvir edən bir sıra patentlər almağı planlaşdırır.
EMİL
12/07/12 Çap et