Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qonşusunun ailəsini dağıtmaq istəyən haker 18 il azadlıqdan məhrum edildi
Məhkəmə 46 yaşlı kibercinayətkarı – Barri Ardolfu 18 illik həbs cəzasına məhkum edib. O, qonşusunun “Wi-Fi” şəbəkəsinə qeyri-leqal yolla qoşularaq onları qorxudub.
Hər şey 2009-cu ildə, qonşularının Barri Ardolfu onların 4 yaşlı oğlunu təngə gətirməkdə ittiham etməsindən sonra başlanıb. Kostolniklər ailəsi müvafiq ərizə ilə polisə müraciət ediblər. Məhz bundan sonra Barri Ardolf qonşulardan qisas almağa qərar verib.
Barri onların “Wi-Fi” şəbəkəsini “sındırıb”, bir neçə poçt qutusu yaradıb və “MySpace” sosial şəbəkəsində qonşularının soyadı ilə səhifə açıb. Barri Ardolf bu hesablardan uşaq pornoqrafiyası ilə olan materialları Kostolnikov ailəsinin dost və kolleqalarına göndərib. Bundan başqa, o, ABŞ vitse-prezidenti Cozef Bayden və digər siyasətçilərin ünvanına təhdidlərlə olan bir neçə məktub da göndərib.
Barri Ardolfun sözlərinə görə, o, qonşularının karyera və nikahını dağıtmağı planlaşdırıb. Vəkillər qeyd etdiyi kimi, cinayətkar bir neçə ay ərzində Kostolnikov ailəsinə çox möhkəm psixoloji zərbə endirib.
14/07/11 Çap et