Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin hakimiyyəti videoçarxlarla bağlı senzura tətbiq edib
Çin Xalq Respublikası (ÇXR) hakimiyyətinin qərarına görə, bundan sonra Çin saytlarının administratorları videoçarxları şəbəkədə yerləşdirməzdən əvvəl onları yoxlamalı olacaqlar. Bu barədə Çinin radio, kino və televiziya üzrə dövlət idarəsi bildirib.
“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, Çin hakimiyyəti moderatorlara təlimatda köməklik edəcək.
Təşəbbüskarların fikrincə, atılmış bu addım materialın keyfiyyətini artıracaq və gənclərin psixi sağlamlığını qoruyacaq.
EMİL
12/07/12 Çap et