Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” yaxın zamanlarda birjaya çıxmağı planlaşdırmır


Populyar “Twitter” mikrobloqlar xidməti yaxın vaxtlarda birjaya çıxmağı planlaşdırmır, çünki kifayət qədər pul ehtiyatına malikdir. Bu barədə “Twitter”in icraçı direktoru Dik Kastolo “Los Angeles Times” nəşrinə verdiyi müsahibə zamanı bildirib.

"Özəl şirkət mövqeyi bir neçə səbəbə görə mənim xoşuma gəlir. Bu, bizi biznes haqqında düşünməyə və onu necə inkişaf etdirməyə vadar edir" - Kastolo qeyd edib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Twitter”in direktoru, həmçinin bildirib ki, onun şirkətinin "bankda çoxlu pulu” var və ona görə o, birjaya çıxmaq haqqında düşünmür.
 




EMİL





12/07/12    Çap et