Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mehmanxana və turizm şirkətlərinə lisenziyaların verilməsi prosesi internet vasitəsi ilə həyata keçiriləcək


Bu ilin sentyabr ayından etibarən Azərbaycanda mehmanxana və turizm şirkətlərinə lisenziyaların verilməsi prosesi internet vasitəsi ilə həyata keçiriləcək. Bu barədə açıqlamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib.

Nazir bildirib ki, hazırda qaydalara uyğun olaraq, lisenziyalara baxılması prosesi davam etdirilir: “Ölkəmizdə 178 turizm şirkəti, 500-dən artıq mehmanxana və ona bənzər obyekt mövcuddur. Bunlardan 400-ə yaxını lisenziyalaşdırılıb”.







RƏVAN




12/07/12    Çap et