Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Spin-tranzistorlar kompyuterləri milyon dəfə sürətləndirəcək
Şimal-Qərb Universitetində çalışan amerikalı tədqiqatçılar qrupu tamamilə yeni məntiqi şəbəkələr ailəsi hazırlayıblar. Alimlər bəyan ediblər ki, bu, gələcək kompyuterlərin gücünü milyon dəfə sürətləndirə bilər.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Mur” qanununa əsasən, mikroçipdəki tranzistorların sayı təxminən hər 2 ildən bir 2 dəfə artır.
Bu qanun keçən əsrin 50-ci illərindən bəri özünü doğruldub, lakin hazırda aktuallığını itirir, çünki tranzistorların kiçilmə prosesi artıq, demək olar ki, mümkün deyil. Əsas çətinliklərdən biri istilik ayrılmasıdır; mikroçipdə tranzistorların sayı nə qədər çoxdursa, o, bir o qədər güclü qızır. Ona görə hazırkı tranzistorların gələcəyin kompyuterlərində istifadəsi qeyri-mümkündür.
"Biz riyazi məntiqin bütün lazımi əməliyyatlarını yerinə yetirə bilən və məntiqi şəbəkələrə əsaslanan qurğu hazırladıq, - hazırlama müəlliflərindən biri olan professor Uolter Merfi bildirib. Bizim spintronik məntiqimiz hazırda adi tranzistorlardan ibarət sxemin yerinə yetirdiyi bütün əməliyyatları bacarır, lakin o, daha məhsuldardır.
EMİL
12/07/12 Çap et