Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fərdi kompyuter bazarında azalma müşahidə olunur
“Apple” şirkətinin “MacBook Air” noutbukları üslubunda hazırlanmış ultrabuk seqmenti belə fərdi kompyuter (FK) bazarındakı azalmanın qarşısını ala bilmir. “IDC” və “Gartner” tədqiqat şirkətlərinin məlumatına görə, alıcılar yeni smartfon və “iPad” planşet kompyuterlərinə daha çox üstünlük verirlər.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, FK-nin tədarük həcmi azalmağa davam edir: 2012-ci ilin ikinci rübündə onların həcmi 2011-ci ilin aprel-iyun ayları ilə müqayisədə 0.1 faiz azalıb.
“İntel” korporasiyasının səylərinə baxmayaraq, ultrabukların qiyməti baha olaraq qalmaqdadır və onlara tələbat azdır. Bundan əlavə, istehlakçılar 2012-ci ilin oktyabrında “Windows 8” əməliyyat sisteminin istifadəyə verilməsindən sonra köhnələcək qurğunu satın almaq istəmirlər.
“Gartner” analitik şirkətinin hesablamasına görə, “Hewlett-Packard” (HP) 14,9 faiz göstərici ən böyük FK tədarükçüsü olaraq qalmağa davam edir. Lakin onun bazar payı ötən illə müqayisədə 2 faiz azalıb. “Lenova” şirkəti 12.8 milyon FK tədarük edib və ikinci yerdə qərarlaşıb. “Acer” şirkəti 11.8 faiz göstərici ilə üçüncüdür.
“Gartner” şirkətinin ekspertləri FK bazarında qeydə alınmış azalmanın səbəbi kimi hökumət və tədris müəssisələri tərəfindən kompyuterlərə olan zəif tələbatı göstəriblər.
EMİL
12/07/12 Çap et