Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyə nümayəndə heyəti DSMF-də yaradılan müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə tanış olublar
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda yaradılan müasir avtomatlaşdırılmış idarəetmə sistemləri, Azərbaycanın sığorta-pensiya sistemindəki islahatlarla yaxından tanış olub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Fonddan qeyd edilib ki, DSMF sədri Səlim Müslümovla keçirilən görüşdə ötən dövr ərzində iki ölkənin sığorta-pensiya sistemlərində baş verən dəyişikliklər nəzərdən keçirilib və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin bəzi müddəalarına yenidən baxılması istiqamətində müzakirələr aparılıb.
HƏQİQƏT
12/07/12 Çap et