Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşet bazarı rəqəmlərdə


Bir çox tədqiqat şirkətləri planşet bazarını həvəslə təhlil edir, onun vəziyyətini qiymətləndirir və proqnozlar verirlər. “TownHall Research”-dən analitik Ceymi Taunsend “ABI Research”-ın planşet biznesi ilə bağlı statistik məlumatlarını araşdırıb.
 
Hər bir planşet “Wi-Fi”-ya malikdir

Planşetin yerinə yetirdiyi əsas vəzifələrdən biri internetə çıxış imkanı təmin etməkdir. İnternetə “Wi-Fi” vasitəsilə daxil olmaq üsulu daha populyardır.
 
Planşetlərin 98 faizi “ARM” prosessor ilə təchiz olunub

Hələ ki yalnız “ARM” arxitekturalı çiplər məhsuldarlıq və aşağı enerji sərfiyyatı arasında balansı təmin edə bilir. “İntel” korporasiyası mobil prosessor bazarına yenicə daxil olmağa başlayır.
 
Planşetlərin 81 faizi “Bluetooth” modulu ilə təchiz olunub

Araşdırma nəticəsində bəzi istehsalçıların bu texnologiyadan imtina etdiyi məlum olub.
 
Planşetlərin 77 faizində displeyinin təsvir ölçüsü 9 düymdən böyükdür

Planşetlər üçün 9-10 düymlü displeylər üstünlük təşkil edir. Lakin getdikcə 7 düymlü displeylə təchiz olunmuş planşetlər çoxalır.
 
Planşetlərin 30 faizi “GPS”-ə malikdir

Analitiklərin proqnozuna görə, bu göstərici yaxın illərdə artacaq.
 
Planşetlərin 15 faizini istehlakçılar satın almır

“iPad” və onun ardıcılları biznes üçün maraqlıdır. Bu qurğular noutbuklarla müqayisədə iş üçün daha uyğundur.


 
EMİL
 





13/07/12    Çap et