Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
Bu barədə bizə məlumat verən Gəncə TKİ-nin rəisi Əli Hüseynov bildirdi ki, şəhərdə satnsilayların NGN texnologiyası əsasaında yenidən qurulması, analoq ATS-lərin ləğv edilməsi genişzolaqlı internet istifadəçilərinin sayının artırmışdır. Onun sözlərinə görə, şəhər rabitəsinin ümumi tutumu 67076 nömrədir ki, bunun da 39424 nömrəsi NGN texnologiyası əsasaında qurulub. İdarə üzrə 1686 genişzolaqlı inte4rnet istifadəçisi var. Rəis daha sonra qeyd etdi ki, Gəncədə DataPlus, Transevrocom, AvirTel, Azeronline və Samrtsystem texnology şirkəıtləri də genişzolaqlı internet xidmətləri təklif edirlər. Hər bir internet provayder üçün bərabər şərait yaradıldığını bildirən rəis şəhərdə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bir neçə küçədə hava rabitə xətlərinin yeraltı kabellərlə əvəzləndiyinin dedi.