Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Baş nazirin karikaturasını internetdə yaydı və həbs edildi


Banqladeş polisi yerli biznesmeni həbs edib. O, ölkənin baş nazirinin karikaturasını yaratmaqda və onu “Facebook”da dərc etməkdə ittiham olunur. Bu barədə “Agence France-Presse” məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, polis Maizdi şəhərində yaşayan və reklam şirkətinin direktoru Şarifula İslamın (Shariful Islam) kompyuterində yarıçılpaq qadına Banqladeşin baş naziri Şeyx Hasinanın başının “qoyulduğu” fotonu tapıb.

Şarifula İslam, həmçinin daxili işlər naziri və ölkənin digər nazirlərinin kollajını yaradıb. Yerli polis rəhbəri Abul Kalam (Abul Kalam) bildirib ki, həbs edilmişi böhtana görə 10 il müddətinə həbsxana cəzası gözləyir.





 
EMİL





13/07/12    Çap et