Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən il İKT sektorunda 741.7 milyon manatlıq əlavə dəyər yaradılıb
Azərbaycanda ötən il İKT sektorunda fəaliyyət göstərmiş müəssisələr tərəfindən 741.7 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 3.6 faiz çox əlavə dəyər yaradılıb. İqtisadiyyatın bütün sahələrində işləyən muzdlu işçilərin 1.3 faizi və ya 18.5 min nəfəri İKT sektorunda çalışıb.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İKT sektoru və İKT məhsullarının ticarəti üzrə əsas göstəriciləri nəzərə çatdıran komitədən bildirilib ki, il ərzində İKT sektoruna yönəldilmiş investisiyaların həcmi 408.7 milyon manat olub.
Ötən il ölkəyə ümumi dəyəri 262.6 milyon manat (336.6 milyon dollar) olan 89 mal qrupu üzrə, o cümlədən ümumi dəyəri 136.3 milyon manat (174. 7 milyon dollar) olan 10 mal qrupu üzrə telekommunikasiya avadanlıqları, ümumi dəyəri 73.6 milyon manat (94.4 milyon dollar) olan 18 mal qrupu üzrə kompyuter və periferiya avadanlıqları, ümumi dəyəri 23.9 milyon manat (30.6 milyon dollar) olan 32 mal qrupu üzrə elektron avadanlıqları və 29 mal qrupu üzrə digər İKT məhsulları idxal edilib.
HƏQİQƏT
13/07/12 Çap et