Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxtda NGN tipli stansiyaların sayı artır


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “2011-2013-cü illərdə Bakı şəhərinin  və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na  uyğun olaraq tədbirlər həyata keçirir. Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov “ICTnews” elektron xəbər xidmətinə məlumat verib.

Onun sözlərinə görə, proqramın tərkib hissəsi olaraq Binəqədi  rayonu ərazisində yerləşən  ATS-561/562/563-də, ATS-568/569/513-də, ATS-411-də  və  ATS-412-də    genişzolaqlı internet xidmətinin tutumunun uyğun olaraq 96, 640, 560 və 192  port artırılması,  Xətai rayonu ərazisində yerləşən ATS-371/372/373-ün xətt şəbəkəsinin optik kabel vasitəsilə qurulması və xidmətin təşkili məqsədilə 8128 nömrə tutumu olan 5 ədəd “ONU” istifadəyə verilməsi, Əhmədli qəsəbəsi Mehmandarov küçəsində   tutumu 4475  nömrə  olan 579 saylı  stansiyanın NGN tətbiqi ilə qurulması təmin edilib.

Qeyd edək ki, BTRİB Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə ətraf kənd və qəsəbələrdə optik kabellərin çəkilişi və NGN tipli stansiyaların qurulmasını həyata keçirir.




RƏVAN





13/07/12    Çap et