Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının ətraf kənd və qəsəbələrində sakinlər sürətli internet xidmətləri ilə təmin olunur


Bakının ətraf kənd və qəsəbələrində sakinlərin sürətli internet xidmətlərindən istifadəsi üçün  Zirə və  Gürgan istiqamətində fiber-optik kabel çəkilişi həyata keçirilib. Bu barədə məlumatı BTRİB-in baş direktor müavini Xankişi Kişiyev verib. Onun sözlərinə görə, hal-hazırda fiber-optik kabel çəkilişi Pirallahı istiqamətində  davam edir.

Bu işlər çərçivəsində artıq 7100 m  telefon kanalizasiya xətti tikilmiş,  70 ədəd  quyu  istismara verilib.  Mərdəkan qəsəbəsində ATS-454-də   genişzolaqlı internet xidmətinin tutumunun  384  port,  ATS-453-də   560 port,  ATS-456-da isə    712 port  artırılmasına nail olunub.

Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində genişzolaqlı internet xidməti tutumları uyğun olaraq  464 və 320  port artırılıb.

Sabunçu rayonu  ərazisindəki Savalan, Şuşa qaçqınları, Ramana kənd və Kürdəxanı ATS-ləri rekonstruksiya olunaraq  istismara verilmiş, Bakıxanov qəsəbəsində  internet xidməti həcminin isə 80 port artırılması başa çatıb.

RƏVAN





13/07/12    Çap et