Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” və “Skype” plastik əməliyyatların sayının artmasına səbəb olub
Amerikalı həkimlərin sözlərinə görə, “Facebook” və “Skype”, həmçinin veb-kamera vasitəsilə ünsiyyət qurmağı təklif edən analoji xidmətlər plastik əməliyyatların sayının artmasına səbəb olub. Nyu-Yorkda yaşayan cərrah Adam Şaffnerin sözlərinə görə, üzün dartılması üzrə aparılan əməliyyatlara tələbat daha çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, xarici görünüşün dəyişdirilməsi üçün “Photoshop” və digər proqramlar artıq əvvəlki kimi o qədər populyar deyil.
EMİL
13/07/12 Çap et