Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da mobil aparat alıcılarının 2/3-si smartfonlara üstünlük verir


“Nielsen” şirkətinin hesablamasına görə, 2012-ci il iyunun sonunda amerikalıların 54.9 faizi smartfondan istifadə edib.
 
Hazırda ABŞ-da mobil aparat alıcılarının 2/3-si mobil telefonlara deyil, smartfonlara üstünlük verir. Son 3 ay ərzində smartfon satın almış şəxslərin 54,6 faizi “Android”, 36,3 faizi isə “iPhone” platformasına üstünlük veriblər.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hazırda “Android” platforması 51,8 faiz göstərici ilə ABŞ-ın mobil əməliyyat sistemləri bazarında liderdir. Sonrakı yerlərdə 34,3 və 8,1 faiz göstəricilə müvafiq olaraq “iOS” və “BlackBerry OS” qərarlaşıb.

2012-ci ilin ikinci rübündə “Apple”-ın istehsalı olan aparatlar 34 faiz göstərici ilə lider olublar. “Samsung” şirkətinin istehsalı olan  smartfonların payı 17,5 faiz, “HTC”-in qurğularının payı isə 17,4 faiz təşkil edib. “Motorola Mobility”-nin bazar payı 11 faiz, “RIM” şirkətində isə təxminən 9 faiz təşkil edib.




EMİL





13/07/12    Çap et