Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ƏƏSMN-də rəhbər şəxslər tərəfindən vətəndaşların distant formada qəbulu davam edib
2011-ci il və cari ilin birinci yarım ili ərzində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyin digər rəhbər şəxsləri hər ay bir neçə dəfə müxtəlif bölgələrdə olaraq, ümumilikdə 850 nəfərə yaxın vətəndaşı, həmçinin nazirlikdə yaradılmış VS (videokonfrans) sistemi vasitəsilə bölgələrdə yaşayan ayrı-ayrı vətəndaşları distant formada qəbul edib.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yaşadıqları bölgələrdə vətəndaşların qəbulu, müraciətlərinin özlərinin iştirakı ilə araşdırılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir: “Vətəndaş qəbulları zamanı müraciətlərin araşdırılması ilə yanaşı, aztəminatlı ailələrin gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmaq üçün malik olduqları potensiallar da ətraflı öyrənilib.
Eyni zamanda, Saray və Şaqan internat evlərində olduğu kimi, bütün sosial xidmət müəssisələrində müasir standartlara uyğun şəraitin yaradılması işlərinə başlanıb”.
HƏQİQƏT
13/07/12 Çap et