Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome”-un mobil versiyası patent iddiasına hədəf olub


"Chrome" brauzerinin mobil qurğular üçün nəzərdə tutulmuş versiyası əvvəllər "Apple"-ı məhkum etməyə çalışan şirkət tərəfindən patent iddiasına hədəf olub.

Belə ki, "EMG Technology" şirkətinin iddiasına görə, "Google"-un proqramında onun naviqasiya ilə bağlı texnologiya hüquqları pozulur.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, iddia Texas ştatının Şərq dairəsində yerləşən dairə məhkəməsinə verilib. "EMG Technology" şirkəti ona vurulmuş zərərin ödənilməsini tələb edir. Şirkətin əldə etmək istədiyi kompensasiyanın məbləği bildirilmir.

EMİL




14/07/12    Çap et