Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumatları 10 il saxlaya biləcək daşıyıcı hazırlanıb


Məlumatları 10 il saxlaya biləcək daşıyıcı hazırlanıb Fransada hazırlanmış informasiya daşıyıcısı məlumatları 10 milyon il ərzində saxlaya bilər. Qurğu 20 santimetr diametrə malik 2 nazik göy yaqutdan hazırlanmış diskdən ibarətdir.

Disklərin platin örtüyünə qrafiki informasiyaya malik təxminən 40 min kiçik ölçülü səhifə yerləşdirmək mümkündür.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, belə informasiya daşıyıcısının yaradılmasında nüvə tullantılarının basdırılması ilə məşğul olan təşkilatlar maraqlı tərəf kimi çıxış ediblər. Bu cür daşıyıcı nümunəsinin qiyməti 25 min avro təşkil edir. Bu cür disklərdən gələcək nəsillər üçün təhlükəli "qəbiristanlıqlar" haqqında xəbərdarlıq kimi istifadə etmək istəyirlər.

EMİL




14/07/12    Çap et