Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərin şəxsi yazışmasını "oxuyur"


“Facebook” sosial şəbəkəsi ABŞ-da çatları və istifadəçilərin digər şəxsi informasiyasını skan etmək üçün avtomatik alqoritmlərindən istifadə edir.

Resurs bu üsulla mümkün ola biləcək cinayətləri aşkar etməyə çalışır. Əgər sistem yazışmada təhlükəli ifadələr aşkar edirsə, o zaman profili qeydə alır və onun haqqında “Facebook”un xüsusi əməkdaşına məlumat verir. O, təhlükə dərəcəsini qiymətləndirir və zəruri olduqda məlumatı polislərə verir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Facebook”un təhlükəsizlik üzrə direktoru Co Sallivan bildirib ki, şirkətin proqramçıları qanuna itaət edən istifadəçilərin şəxsi yazışmalarının yoxlamaya məruz qalmaması üçün sistemi kifayət qədər dəqiq hazırlayıblar.

EMİL




14/07/12    Çap et