Okean dalğaları 10 mindən çox evi işıqla təchiz edəcək
Amerikanın müasir texnologiyalar istehsalçısı “Lockheed Martin” korporasiyası “Ocean Power Technologies” şirkəti ilə əməkdaşlıq çərçivəsində ən iddialı alternativ enerji layihələrindən birinin həyata keçirilməsinə hazırlaşır.
“ICTnews.az” elektron xəbər xidməti
http://it-news-world.ru/ saytına istinadən bildirir ki, “Ocean Power Technologies” şirkətinin adından da təxmin etmək olar ki, söhbət okean dalğalarından əldə olunan enerjidən gedir. “PowerBuoy” layihəsi Avstraliyanın cənub sahilində həyata keçiriləcək.
Açıq dənizdə üzə bilən bir neçə avtonom generatorlar quraşdırılıb. Stansiyanın ümumi gücü 19 Mvt təşkil edir. Layihə üçün Avstraliya hökuməti tərəfindən 67,6 milyon ABŞ dolları həcmində qrant ayrılıb. Layihənin reallaşması ilə 10 mindən çox ev enerji ilə təchiz ediləcək.
EMİL