Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sabun plyonkada kino
Yaponiya dünyanı texnoloji yenilikləri ilə heyrətləndirməkdə davam edir. Gündoğan ölkənin alimləri sabun köpüyündən ekran hazırlayıblar. Əgər plazma və maye kristal displeylər işığı özləri əks etdirirlərsə, bu halda hər şey əksinədir.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Tokio Universitetinin əməkdaşı Yeiti Otiainin sözlərinə görə, bu qurğu ultrasəs dalğalar ötürür. Nəticədə sabun plyonkasının səthində gözlə görünməyən titrəyiş baş verir, o, üçölçülü şüşə kimi nahamar olur və ekranda göstərilən təsviri əks etdirməyə başlayır.
Bu qurğu hazırda dünyada ən nazik displeydir. Belə displeyin əsas üstünlüklərindən biri onun istənilən evdar qadın tərəfindən hazırlana bilməsidir.
EMİL
16/07/12 Çap et