Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan tarixini əks etdirən kompyuter oyunu


Azərbaycan tarixini əks etdirən kompyuter oyunları hazırlanacaqdır. Bu barədə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında qeyd olunub. 2015-ci ilədək hazırlanacaq kompyuter oyunları müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsi üçün virtual imkanların yaradılmasına xidmət edəcəkdir.
Dövlət Proqramına əsasən, bu istiqamətdə icra işlərini Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyası yerinə yetirəcəkdir.
Məlumat üçün bildirək ki, gənclərin vətənpərvərlik tərbiyəsinə yönələn tədbirlər çərçivəsində, həmçinin 2012-ci ildə "Virtual Qarabağ" adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılacaqdır. Burada Qarabağa dair mərkəzləşdirilmiş internet-resurs bazası yerləşdiriləcəkdir. Dövlət Proqramının müddəalarında, həmçinin vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması da yer alıb.




14/07/11    Çap et