Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!” istifadəçilərinin “oğurlanmış” şifrələri təhlükəsizlik tələblərinə cavab verməyib
Mütəxəssislər yaxın günlərdə hakerlər tərəfindən "Yahoo!"-nun onlayn xidmətlərindən birinin istifadəçilərinin "oğurlanmış" 450 min şifrəsini təhlil ediblər. Təhlil nəticəsində şifrələrin əksəriyyətinin təhlükəsizlik tələblərinə cavab vermədiyi məlum olub.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Yahoo!" istifadəçiləri arasında ən populyar şifrə "123456" olub; hesabların 0,38 faizi (1666 hesab) bu şifrə ilə "müdafiə olunub". İkinci yerdə "password" (0,18 faiz), üçüncü yerdə isə "welcome" (0,1 faiz) şifrəsi qərarlaşıb. Onluğa, həmçinin, "12345678", "qwerty" və digər bu tipli şifrələr daxil edilib.
Məlumat üçün bildirək ki, son vaxtlarda müxtəlif sayt və onlayn xidmətlərdə qeydiyyatdan keçmiş istifadəçilərin "oğurlanmış" şifrələrinin təhlili nəticəsində məlum olur ki, insanlar internetdə təhlükəsizlik məsələlərinə az diqqət ayırır və mürəkkəb şifrələrin tərtib edilməsi qaydalarına əməl etmirlər.
EMİL
16/07/12 Çap et