Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti bütün avtomobilləri robotlara çevirəcək
“Google” şirkətinin Direktorlar Şurasının sədri Erik Şmidt dünyanın avtomobil istehsalçıları cəmiyyətinə zamanla bütün avtomobilləri avtomatik idarə olunun robotlara çevirmək təklifi ilə müraciət edib.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.az” saytına istinadən bildirir ki, “Google” şirkəti şəxsi avtomobil-robotları üzərində çalışarkən dünyanın bütün iri avtomobil istehsalçıları ilə məsləhətləşib. Nəticədə məlum olub ki, avtomobil avtopilotlarının tətbiq edilməsində əsas problem sürət rejiminə riayət edilməməsidir.
Erik Şmidt avtomobil-robotların satışa çıxarılma tarixini söyləməkdə tərəddüd edib. O bildirib ki, hazırda “Google”-un tədqiqat bölməsi sürücü-robot sistemləri quraşdırılmış bir neçə avtomobil modelini sınaqdan keçirir. Nevada ştatında, hətta belə avtomobillərin tətbiqinə icazə verilib.
Məlumat üçün bildirək ki, “Google” maşın üçün avtopilot hazırlayan yeganə şirkət deyil. Məsələn, Almaniyanın “BMW” şirkəti də bu istiqamətdə həllər hazırlayır. Londonun Hitrou aeroportunda isə sərnişinləri terminaldan avtomobil dayanacağına daşıyan 22 ədəd pilotsuz elektrik mikroavtobusu fəaliyyət göstərir.
EMİL
16/07/12 Çap et