Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” “iPhone” smartfonunun yeni modelinin istehsalına başlayıb
“Apple”-ın çinli podratçıları “iPhone” smartfonunun yeni modelinin istehsalına başlayıblar. Bu model qurğunun son 2 nəslindən mühüm dərəcədə fərqlənəcək. Bu barədə əvvəllər “Apple” şirkətinin planları haqqında artıq dəqiq məlumatlar dərc etmiş Yaponiyanın “Macotakara” bloquna istinadən “AppleInsider” saytı bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, yeni nəsil “iPhone” smartfonunun 2012-ci ilin sentyabr-oktyabr ayları ərzində bazara çıxarılacağı gözlənilir.
Qeyri-rəsmi informasiyaya görə, “Apple” bu modeldə telefonun əvvəllki versiyaları ilə müqayisədə daha böyük diaqonala malik displeydən istifadə edir. Məlumat üçün bildirək ki, indiyə kimi istehsal edilmiş bütün “iPhone” smartfonlarında 3,5 düymlü displey quraşdırılıb.
“Apple” korporasiyası birinci “iPhone” smartfonunun istifadəyə verilməsi anından indiyə kimi bu xəttə malik 218 milyondan çox aparat satıb.
EMİL
16/07/12 Çap et