Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“McAfee” rəhbəri şirkəti tərk edir
Antivirus proqram təminatı istehsalçısı “McAfee” bu gün baş direktor Deyva Divoltanın şirkəti tərk etdiyini bildirib. Qeyd edək ki, keçən il “İntel” korporasiyası “McAfee”-ni alma prosesini tamamlayıb, bundan sonra isə “McAfee” 100% “İntel” şirkətinin bölməsi olub. Deyv Divolt “McAfee” şirkətinin “İntel” tərəfindən “udulmasına” qədər baş direktor idi və saziş tamamlandıqdan sonra da rəhbər olaraq qalıb. “McAfee” bəyanatında bildirilib ki, Divoltanın gedişindən sonra “İntel”də antivirus istiqamətinə Mayl De Sizare ilə əməkdaşlıqda Todd Qerxart rəhbərlik edəcək.
“İntel” və “McAfee” bəyanatda baş direktorun gediş səbəblərini göstərməyib. "Mən “McAfee”-ni yaxşı əllərə buraxıram. Bizdə sabit nəticələr və planlarda xeyli sayda yeni hazırlamalar var" – deyə Divolt bildirib. “İntel” şirkətinin qərarına əsasən, Deyv Divolt “McAfee” direktorlar şurasında qalacaq.
Yeni rəhbərlərə gəlincə, Mayl De Sizare əvvəl qlobal əməliyyatlar üzrə icraçı vitse-prezident vəzifəsini, Qerxart isə baş menecer, həmçinin biznes qərarları bölməsinin rəhbəri vəzifəsini tutub. Şirkətin hər iki prezidenti “İntel”də Rene Ceymsə, korporasiyanın baş vitse-prezidentinə tabe olacaqlar.
14/07/11 Çap et