Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”: mobil qurğulara keçid əsas problemdir


"Facebook" şirkətinin baş direktoru Mark Zukerberq  bildirib ki, onun və əməkdaşlarının qarşısında duran ən mühüm və çətin problem "Facebook"-un işini mobil qurğulara maksimal dərəcədə uyğunlaşdırmaq cəhdidir. Onun sözlərinə görə, çətinlik mobil texnika və stolüstü kompyuterlər arasında böyük fərqlərin olmasındadır.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Facebook"-un investorları çoxdan bəri şirkətin 900 milyonluq auditoriyadan reklam məqsədləri üçün istifadə edə bilməməsi ilə bağlı öz narahatlıqlarını ifadə edib.

"Facebook"-dan verilən məlumata əsasən, istifadəçilərin fəallığı reklam gəlirlərinin artması ilə müqayisədə daha sürətli artır, bunun səbəbi isə bir çox insanların sosial şəbəkədə mobil qurğular vasitəsilə ünsiyyət saxlamasıdır.


 
EMİL





16/07/12    Çap et