Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Böyük Britaniya uçan naməlum obyektlərlə bağlı arxivlərini açdı
Böyük Britaniya rəhbərliyi tarixdə ilk dəfə uçan naməlum obyektlərlə bağlı arxivlərini hər kəsin üzünə açır. 40 il ərzində yığılan məlumatlar və görüntülərlə artıq arzu edən istənilən şəxs tanış ola biləcək. 6700 səhifəlik araşdırma mətnində vaxtılə keçmiş baş nazir Toni Bleyerin bununla bağlı xüsusi iclas keçirdiyi, məlumatların hansı əsaslarla gizlədildiyi də öz əksini tapır.
Bundan başqa, məlumatlar arasında maraqlı faktlar da var. Məsələn, naməlum obyektlərlə əlaqədar hadisələrin birində gümüşü rəngdə paltar geyinərək sakinləri qorxudan yad planetlilərin əslində dələduzlar olduğu üzə çıxıb.
16/07/12 Çap et