Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk qadın çay evi də “Wi-Fi” şəbəkəsinə qoşulub


Bakıda qadınlar üçün yaradılan “Mandarin” adlı ilk çay evində “Wi-Fi” şəbəkəsi yaradılıb. Bu barədə çay evinin rəhbəri Səbinə Pərvizi bildirib. Onun sözlərinə görə simsiz internet şəbəkəsinə çıxış müştərilər üçün sürpriz olub. Bu imkanlığın əldə olunması müştərilərin sayına da təsir edib.

“Bu texniki imkanlığın əldə olunması müştərilərin ürəyincə oldu. Biz onlara elə şərait yaradırıq ki, onlar gəlib özlərini sərbəst hiss etsinlər.  

Həmçinin fikrimiz var ki, xanımların arasında digər intelektual oyunlar, o cümlədən nərd turniri keçirək. Çünki Bakıda hələ belə şey olmayıb. Hətta elə xanımlar  var ki,  gündə iki dəfə gəlirlər”, - deyə xanım sahibə bildirib.

Qeyd edək ki, Bakıda cay evlərinin, istirahət və əyləncə mərkəzlərinin “Wi-Fi” şəbəkəsinə qoşulması bir qədər də genişlənib.






RƏVAN





16/07/12    Çap et