Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İKT xidmətlərinin həcmi təxminən 18 faiz artıb


Azərbaycanda ilin birinci yarısında təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 643,5 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən deyildiyi kimi, ötən dövr ərzində göstərilən sektorun müqayisə edilə bilən qiymətlər üzrə artım tempi 17,9 faiz olub.

İnformasiya və rabitə xidmətlərinin həcminin 72,3 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür.
Bununla yanaşı, əldə olunan gəlirin 59,5 faizi mobil rabitənin payına düşüb ki, bu da 2011-ci ildəki analoji göstərici ilə müqayisədə 15,9 faiz çoxdur. Bu dövrdə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin ümumi həcmi 395,8 milyon manat təşkil edib.





17/07/12    Çap et