Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbukların tədarük həcmi 5 faiz artıb


2012-ci ilin ikinci rübündə noutbukların tədarük həcmi ötən rüblə müqayisədə 5 faiz artıb, lakin 2011-ci ilin analoji dövrü ilə müqayisədə 1,8 faiz azalma qeydə alınıb. “Digitimes Research” şirkətində çalışan analitiklərin hesablamalarına görə 2012-ci ilin aprel-iyun ayları ərzində dünya bazarına 50 milyon noutbuk tədarük edilib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Tayvanın “Asustek Computer” (ASUS) şirkəti ən yüksək nəticə nümayiş etdirib, belə ki şirkət portativ kompyuterlərin tədarük həcmini rübdən-rübə 36 faiz artıra bilib.

“Hewlett-Packard” (HP), “Dell” və “Toshiba” şirkətlərinin vəziyyəti pisləşib; onların ticarət markası altında istehsal olunan noutbukların sayı orta hesabla 4-7 faiz azalıb. “Acer” şirkəti uğurlu qiymət strategiyası və netbuk satışları nəticəsində rübü müsbət göstərici ilə başa vurub.

“HP” şirkəti noutbuk bazarının lideri olaraq qalır, lakin ekspertlər Amerika şirkətinin birinciliyi əldən verəcəyi günün uzaqda olmadığını qeyd edirlər. Hazırda “HP” və “Lenovo” şirkətləri  arasında noutbuk tədarüklərindəki fərq 500 min təşkil edir. “Acer” şirkəti üçüncü yerdə qərarlaşıb. 11.3 faiz bazar payına malik “Asus” şirkəti dördüncü, “Dell” şirkəti isə beşinci yerdə sıralanıb.
 
EMİL





17/07/12    Çap et