Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
3 gün oyun oynadı, dünyasını dəyişdi
ÇXR-in Sinszyan-Uyğur Muxtar Respublikasında (SUMR) gənc oğlan oyun avtomatları arxasında 3 gün keçirdikdən sonra dünyasını dəyişib. Bu Çində baş vermiş ilk belə hadisə deyil.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, yerli kütləvi informasiya vasitələri (KİV) baş vermiş hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürüb.
Məlumat üçün bildirək ki, Çində oyun asılılığı problemi çox kəskindir. Yerli hakimiyyət bu problemlə müxtəlif üsullar, həmçinin psixoloq, dərman və qapalı düşərgələr vasitəsilə mübarizə aparmağa çalışır.
EMİL
17/07/12 Çap et