Dünyada ən güclü lazer hazırlanıb
Kaliforniyada yerləşən “Lawrence Livermore National Laboratory” elmi mərkəzində çalışan tədqiqatçılar dünyada ən güclü lazer hazırlayıblar.
“ICTnews.az” elektron xəbər xidməti
http://it-news-world.ru/ saytına istinadən bildirir ki, lazerin maksimum qüvvəsi 500 trilyon Vatt təşkil edir. Bu laboratoriyanın əməkdaşları 2009-cu ildə 1 Meqa-coul enerjiyə malik lazer hazırlamışdılar. Hazırki rekord (1,85 meqa-coul) istənilən digər lazerin imkanlarından 100 dəfə çoxdur. Yaradılmış avadanlıq ulduz və digər göy cisimləri vasitəsilə materiyanın vəziyyətini araşdırmağa imkan yaradır.
EMİL