Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əflatun Amaşov: “Azərbaycanda informasiya mənbəyi kimi internet portallar əsas götürülür”


“Bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 200-ə yaxın həftəlik qəzet, 9 ümumrespublika yayımçısı, 1 peyk televiziyası, 14 regional televiziya, 14 radio, 40-a yaxın xəbər portalı, 20-yə yaxın internet radio, 40-a yaxın xəbər portalı fəaliyyət göstərir”. Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib.

 Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, hazırda əhalinin 65 faizi internetdən istifadə edir: “Ölkədə “Facebook” istifadəçilərinin sayı 1 milyona yaxındır. 2 minə yaxın bloqçu fəaliyyət göstərir. 100 minə yaxın insan informasiyaları internet televiziya və radiolardan alır.

Azərbaycanda bu sahədə kifayət qədər işlər görülür”. Ə. Amaşov qeyd edib ki, hazırda Azərbaycandakı qəzetlərin tirajı 5-10 min olsa da, həmin qəzetlərin yaratdığı saytlara gün ərzində təxminən 50 min insan daxil olur: “Bu onu göstərir ki, Azərbaycanda informasiya mənbəyi kimi internet portallar əsas götürülür. Amma informasiyanın dəqiqliyi klassik mediada daha çoxdur”.





17/07/12    Çap et