Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azercell” abonetləri ölkədaxili 1 dəqiqə=5 qəpik tarifi ilə danışacaqlar
“Azercell Telekom” MMC “Ramazan” ayı münasibətilə abonetləri üçün yeni kampaniyaya start verir. 17 iyul – 21 avqust 2012-ci il tarixlərini əhatə edəcək “Ramazan” kampaniyası çərçıvəsində “Azercell” abonetləri daha sərfəli tariflə ünsiyyət quracaqlar.
Belə ki, bu müddət ərzində 5 AZN və ya daha yüksək nominalda kart yükləyən bütün Azercell Fakturasız Xətt abonentləri ölkədaxili 1 dəqiqə=5 qəpik tarifi ilə danışacaqlar.
Qeyd edək ki, kampaniya çərçivəsində verilən tarif yalnız 21.08.2012 tarixinədək etibarlıdır. Tarif yalnız ölkədaxili zənglər üçün istifadə edilə bilər. 1 dəqiqə=5 qəpik tarifi üzrə hesablama intrevalı 10 saniyədir.
GəncSim abonentləri bu kampaniyada iştirak edir və kampaniya çərçivəsində bu abonentlər 3-cü dəqiqədən sonra pulsuz danışır. Bölgə tarifində olan abonentlər də bu kampaniyadan yararlana bilər. Kampaniyadan istifadəni dayandırmaq üçün 1010 qısa nömrəsinə boş SMS göndərmək lazımdır.
Azercell sizə bayram hədiyyəsi olaraq təqdim etdiyi bu kampaniyadan yararlanmaq və sevdiklərinizlə bolluca danışmaq imkanını bəxş edir.
17/07/12 Çap et