Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Genişzolaqlı internetin istifadəsi üçün tədbirlər hazırlanır


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov  jurnalistlərə bildirib ki, genişzolaqlı internetin inkişaf etdirilməsi istiqamətində nazirlik Dövlət Neft Fondu ilə 3 illik layihə üzərində işləyir. Layihə 2013-2015-ci illəri əhatə edəcək. Nazir bildirib ki, bu layihə rentabellidir və onun həyata keçirilməsindən sonra bütün kəndlərdə, yaşayış məntəqələrində elektron xidmətlərə çıxış təmin olunacaq.

“Layihənin həyata keçirilməsi üçün 350 milyon manat civarında investisiya tələb olunur. Bunun yarısı reinvestisiya şəklində olacaq. Layihə 2013-cü ildən öz rentabelli nəticəsini göstərəcək. Belə layihə bir çox inkişaf etmiş ölkələrdə həyata keçirilir” – deyə vurğulayıb.







RƏVAN





17/07/12    Çap et