Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony Ericsson”dan smartfon


Veb mənbələrin məlumatlarına görə, “Sony Ericsson” şirkəti, yaxın aylarda 2 nüvəli prosessorla ilk kommunikatorunu təqdim edəcək. “Xperia Duo” aparatı monoblok formfaktorda olacaq. Aparatın "ürəyi" “Qualcomm” və ya “ST-Ericsson” istehsalının 1.4 QHz takt tezlikli çipi olacaq. İlkin informasiyaya görə, smartfonun xarakteristikaları belədir: 4.5 diaqonalla sensor ekran (kəskinlik — 540×960 nöqtə), 1,5 Qb əməli yaddaş, 8 QB tutumlu fləş modul və akkumulyator batareyası. Bundan başqa, 12 meqapiksel kamera olacağı da bildirilir. Aparatın proqram platforması “Android 2.3” (Gingerbread) əməliyyat sistemi olacaq. Qiymət haqqında məlumat verilmir.




14/07/11    Çap et