Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“3G” xidmətindən istifadə edənlərin sayına görə hansı mobil operator öndədir?
"Bakcell" şirkəti 3G xidmət istifadəçilərinin sayına görə digər mobil operatorları qabaqlayır". Bu barədə "ICTnews" elektron xəbər xidmətinə şirkətin texniki direktoru Yigit Berktaş məlumat verib.
Onun sözlərinə görə, 3G abunəçilərinin sayı 1,9 milyondur. Bu gün internet xidmətlərinin istifadəsinə görə də "Bakcell"in öndə olduğunu qeyd edən texniki direktor, operatorun xidmətlərinin bütün Azərbaycanı əhatə etdiyinin bildirib: "Hazırda şirkət bütün stansiyaların 42 Mbit/s sürət həddinə uyğunlaşdırılması istiqamətində iş aparır".
Qeyd edək ki, "Bakcell" bütün rayon mərkəzlərində 3G xidmətlərini tətbiq edib. Gələn ilin sonuna qədər əhalisinin sayı 1000 nəfərdən yuxarı olan yaşayış məntəqələrində operatorun xidmətlərinin tətbiqi istiqamətində iş aparılır.
RƏVAN
17/07/12 Çap et