Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda beynəlxalq internet kanallarının ümumi tutumu artıb


Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2011-ci illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq təqribən 200 Gb/s-ə çatıb. 

2012-ci ilin 6 ayı ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.3 mln. dəqiqə azalaraq 316.8 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 9.9 mln. dəqiqə artaraq 93.0 mln. dəqiqə təşkil edib.

 Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın dünya ölkələrinə çıxış telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub.

Xəzər dənizaltı fiber-optik kabelin tikintisi ilə əlaqədar Qazaxıstanın “KazTransCom” şirkəti və TASİM lyihəsi çərçivəsində müvafiq məsləhətçi şirkəti ilə müqavilələr əsasında tədbirlər davam etdirilib.





18/07/12    Çap et