Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına 119 elektron xidmət inteqrasiya edilib


2012-ci ilin birinci yarım ilində informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında elektron xidmətlərin tətbiqinin vacibliyi ilə bağlı tapşırığından sonra dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkili prosesi daha da sürətlənib.

Belə ki, həmin tapşırıqdan ötən müddət ərzində  “Elektron hökumət” şlüzünə qoşulan qurumların  sayı 16-dan 30-a, onların “Elektron hökumət” portalına inteqrasiya edilən elektron xidmətlərinin sayı 56-dan 119-a, e-imza alan qurumların sayı 9-dan 25-ə çatıb. Qeyd edək ki, ümumilikdə 1926 ədəd e-imza verilib.    

 Bundan başqa, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, “HP” və “Microsoft” şirkətləri ilə birgə həyata keçirilən “Xalq kompyuteri layihəsi davam edir. Hal-hazırda 18 435 nəfər layihə iştirakçısı kompyuter əldə edib.





18/07/12    Çap et