Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının İKT üzrə bölməsinin yekun varinatı hazırlanır
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları sahəsi üzrə bölməsinin hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə Komissiya yaradılıb. Habelə Komissiyanın tərkibində işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu tərəfindən İnkişaf Konsepsiyasının İKT bölməsi ilə əlaqədar arayış hazırlanaraq Prezident Administrasiyasına təqdim olunub.
Hal-hazırda İnkişaf Konsepsiyasının İKT üzrə bölməsinin son varinatı üzrə işlər İşçi Qrup tərəfindən yekunlaşmaq üzrədir. Xatırladaq ki, İKT üzrə bölmənin hazırlanması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə dəyirmi masa da keçirilib. Dəyirmi masada İKT-nin inkişafı və gələcəkdə bu sahə ilə bağlı həyata keçiriləcək layihələr haqqında geniş məlumat verilmiş və bu sahədə geniş müzakirələr aparılıb.
18/07/12 Çap et