Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Narkotiklə mübarizə məqsədi ilə internet səhifə yaradılıb


BMT-nin  Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) tərəfindən Azərbaycandakı vəziyyətin də əks olunduğu 2012-ci il Narkotiklərə dair Ümümdünya hesabatı hazırlanıb.

Bu gün 11:00-da “Park İnn “ mehmanxanasının “Dan Ulduzu” konfrans zalında həmin hesabatı hazırlayan əsas şəxslərdən biri – idarənin beynəlxalq məsləhətçisi Platon Nozadzenin Azərbaycana səfəri çərçivəsində Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən “Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma” mövzusunda tədbir keçiriləcək.

Tədbirdə Ümumdünya hesabatı ilə yanaşı, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən ölkədəki narkovəziyyəti əks etdirən Milli Məruzənin və Azərbaycanda ilk dəfə olaraq Narkotiklərə və onunla bağlı cinayətkarlığa qarşı  internet səhifənin (informasiya portalı) geniş təqdimatları həyata keçiriləcək.





18/07/12    Çap et