Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2016-cı ilədək mobil internetdən dünyanın mobil rabitə abunəçilərinin 40 faizi istifadə edəcək
2016-cı ilədək dünyada mobil internet istifadəçilərinin sayı mobil rabitə abunəçilərinin ümumi sayının 40 faizini təşkil edəcək. Amerikanın “US Infonetics Research” analitik şirkəti belə proqnoz səsləndirib. Məlumat üçün bildirək ki, 2011-ci ildə bu göstərici yalnız 15 faiz təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, analitiklərin hesablamalarına görə, 2016-cı ilədək mobil xidmətlərdən əldə olunan illik gəlir 976 milyard dollara qədər artacaq.
"Operatorlar 2012-ci ildə səs ötürülməsi, internetə genişzolaqlı çıxış xidməti və mesajların göndərilməsi xidmətlərindən əldə olunan gəlirlərin 6 faiz artmasına ümid edirlər" - tədqiqatda qeyd edilib.
EMİL
18/07/12 Çap et