Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Intel” hesabat verib
"Intel" korporasiyası rüblük proqnozunu elan edib. 2012-ci ilin ikinci rübündə şirkətin mənfəəti 13,5 milyard dollar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 3,6 faiz çoxdur. Xalis mənfəət 2,8 milyard dollara qədər azalıb.
Müqayisə üçün bildirək ki, 2011-ci ilin müvafiq dövründə xalis mənfəət 2,95 milyard dollar təşkil edib.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ABŞ və Avropada kompyuterlərə tələbatın azaldığını müşahidə edən "Intel" korporasiyası inkişaf etməkdə olan ölkələrə daha çox diqqət ayırmağa qərar verib. Korporasiya illik gəlirini həmin ölkələrin hesabına 3.5 faiz artırmağa ümid edir.
EMİL
18/07/12 Çap et