Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə cari ilin 6 ayında 71 yeni iş yeri açılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) üzrə cari ilin 6 ayında 71 yeni iş yeri açılıb.
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 2012-ci ilin birinci yarısının yekunlarına dair keçirilən kollegiya iclasında məlumat vermişdir.

Nazir bildirmişdir ki, RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 322,1 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.

Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əmək haqqı 695,5 manat, poçt sektorunda isə 211,9 manat təşkil etmişdir.Respublika üzrə orta aylıq əmək haqqı 382,6 manat təşkil edir.





18/07/12    Çap et