Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Komissiyası tanınmış İT şirkətini ittiham etdi


Avropa Komissiyası "Microsoft" korporasiyasını antiinhisar qanunvericiliyini yenidən pozmaqda şübhəli bilir.
"Mən bu gün sizə Microsoft tərəfindən veb-brauzerin istifadəsinə dair antiinhisar qaydalarına əməl etməmək barədə təhqiqatın başlandığını elan edirəm". Bunu sözlərini Interfax saytının sitat gətirdiyi Avropa Komissiyasının sədr müavini Hoakin Almuniya deyib.

O, Avropa Komissiyasının korporasiyadan Windows istifadəçiləri üçün istifadə etmək istədikləri brauzeri seçmək imkanı yaratmaq barədə xahişlə müraciət etdiyini xatırladıb.

Avropa İttifaqının antiinhisar orqanları müəyyənləşdiriblər ki, 2011-ci ilin fevralında işıq üzü görən Windows 7 əməliyyat sistemi üçün yenilənmə paketində (Service Pack 1) "brauzer seçimi ekranı" yoxdur. Bunun nəticəsində 8 milyon istifadəçi seçim etmək hüququndan məhrum olub.

Öz növbəsində Microsoft səhvini etiraf edib və üzr istəyərək baş verənləri "texniki səhv" adlandırıb.
Təhqiqat korporasiyanın təqsirini sübut etsə, istehsalçı məbləği 1 milyard avroya yaxın ciddi cərimə ilə üzləşməli olacaq.





18/07/12    Çap et