Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkənin hər bir vətəndaşı faktiki olaraq ümumdünya şəbəkəsindən istifadə etmək imkanına malikdir


“Bu gün regional səviyyədə  genişzolaqlı infrastrukturun yaradılması üzrə böyük işlər görülür”. Bu barədə açıqlamanı "Ənənəvi KİV-dən on-line mediaya" mövzusunda beynəlxalq konfransda  Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hər 100 nəfərə 110 mobil telefonun düşdüyü, üç mobil rabitə operatorunun hər birinin genişzolaqlı internetə çıxış xidmətləri təqdim etdiyi nəzərə alınarsa, ölkənin hər bir vətəndaşı faktiki olaraq ümumdünya şəbəkəsindən istifadə etmək imkanına malikdir.Qeyd edək ki, artıq mobil operatorlar 4G xidmətlərini tətbiq etməyə hazırlaşır.





 
RƏVAN







18/07/12    Çap et